Dünyanın ən qabaqcıl amfibiya hücum vasitələrindən biri olan ZAHA üstün xüsusiyyətlərə malikdir - VİDEO

2025/02/1739956420.jpg
Oxunub: 478     14:52     12 Mart 2025    
Türkiyə Hərbi Dəniz Qüvvələri (HDQ) Komandanlığının ehtiyaclarını qarşılamaq üçün FNSS tərəfindən yerli olaraq inkişaf etdirilən Zirehli Amfibiya Hücum Vasitəsi (ZAHA) dünyanın ən qabaqcıl amfibiya hücum vasitələrindən biri kimi diqqət çəkir.

2023-cü ilin mart ayında Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olan ZAHA desant əməliyyatları zamanı qoşunların sahilə təhlükəsiz şəkildə çıxarılmasını təmin edir və çıxarılmadan sonra zirehli döyüş vasitəsi, yaxud zirehli personal daşıyıcısı kimi fəaliyyət göstərə bilir.

Türkiyə Silahlı Qüvvələrinin ən sürətli amfibiya vasitəsi olan ZAHA 12,7 mm-lik pulemyot və 40 mm-lik qumbaraatan silah sisteminə malikdir. 21 nəfərlik personal tutumu olan ZAHA hərbi quru və dəniz vasitəsinin malik olmalı odluğu bütün xüsusiyyətlərə malikdir.

Silahlı Qüvvələrin inventarında həm dənizdə, həm də quruda istifadə üçün nəzərdə tutulmuş ilk və yeganə personal daşıyıcısı olan ZAHA çevrilmə vəziyyətində də özünü düzəldə bilər.

ZAHA amfibiya əməliyyatları üçün nəzərdə tutulub, dəniz piyadalarının sahilə sürətlə köçürülməsini təmin etməyi və sahildə dəstək verməyi hədəfləyir. Türkiyə HDQ üçün inkişaf etdirilən ZAHA həm quruda, həm də dəniz şəraitində üstün performans nümayiş etdirir. Vasitə dənizdə batsa belə, özünü düzəltmə qabiliyyəti və 7 düyün sürətlə hərəkət etməsi ilə seçilir.

Bundan əlavə, ZAHA yüksək ballistik və mina mühafizəsinə malikdir, qabaqcıl missiya avadanlıqları ilə təchiz edilib. FNSS tərəfindən dizayn edilən ÇAKA Uzaqdan İdarə Olunan Qülləsi, 12,7 mm-lik pulemyot və 40 mm-lik avtomatik qumbaraatanla effektiv atəş gücü təmin edir.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   HDQ   ZAHA   FNSS  


Bizi "telegram"da izləyin