Britaniya Ukraynanın təhlükəsizliyinə zəmanət verməyə hazır olduğunu bəyan edib

2025/02/1739769489.jpg
Oxunub: 471     03:37     17 Fevral 2025    
Böyük Britaniya münaqişənin həlli üçün Kiyev hakimiyyətinə təhlükəsizlik zəmanəti olaraq Ukraynaya qoşun göndərməyə hazırdır.

Ordu.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer “The Daily Telegraph” qəzetinə yazdığı məqalədə bildirib.

Onun sözlərinə görə, rəsmi London Kiyev üçün təhlükəsizlik təminatları üzrə işlərin sürətləndirilməsində aparıcı rol oynamağa hazırdır:

“Buraya Ukrayna hərbçilərinə davamlı dəstək daxildir. Böyük Britaniya artıq ən azı 2030-cu ilə qədər hər il 3 milyard funt sterlinq (3,8 milyard dollar) xərcləməyi öhdəsinə götürüb. Amma bu, həm də, lazım gələrsə, Ukraynada qoşunlarımızı yerləşdirməklə Kiyev üçün təhlükəsizlik təminatlarına töhfə vermək istəyi deməkdir”.

Bundan əlavə Britaniyanın Baş naziri ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərini müzakirə etmək üçün yaxın günlərdə Trampla görüşməyi planlaşdırdığını bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Ukrayna  


Bizi "telegram"da izləyin