Ordu.az xəbər verir ki, şirkət Hindistanın aviasiya və müdafiə ekosisteminin təməllərinin qoyulmasında mühüm rol oynadıqlarını bildirib.
“Lockheed Martin” 30 ildən artıqdır ki, etibarlı iş ortağı olduqlarını vurğulayıb.
“Biz C-130J, S-92 kabinəsi və döyüş təyyarəsi qanadının qlobal tədarük zəncirinə inteqrasiyası kimi müxtəlif istehsal proqramları vasitəsilə öhdəliyimizi sübut etmişik. Prezident Trampın Hindistana F-35-lərin tədarükü ilə bağlı son açıqlaması bizi ruhlandırır. Döyüş təyyarələri, “Javelin” raketləri və helikopterlər kimi strateji satınalmalarda hər iki hökumətlə sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik. Bu addımlar Hindistan Silahlı Qüvvələrini 21-ci əsrin təhlükəsizlik həlləri və çəkindirmə imkanları ilə gücləndirəcək və onun təcili ehtiyaclarını qarşılayacaq”, - deyə açıqlamada qeyd edilib.
“Lockheed Martin”in bu açıqlaması Hindistanın müdafiə ehtiyaclarını qarşılamaq üçün F-35 və digər kritik müdafiə sistemlərinin alınmasında strateji əməkdaşlığı daha da dərinləşdirəcəyinə işarə edir.
Sevinc Əliyeva
Ordu.az