Almaniya İspaniyanın “Indra” şirkəti ilə kosmik müşahidə radarı üçün razılığa gəlib

2025/02/1739604064.jpg
Oxunub: 429     14:20     17 Fevral 2025    
Almaniya İspaniyanın müdafiə şirkəti “Indra” ilə aşağı orbitdə (LEO) obyektləri aşkarlaya bilən kosmik müşahidə radarının istehsalı, inteqrasiyası və çatdırılması üçün müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, bu radar ölkənin hərbi və mülki kosmik obyektlərini təhdid edə biləcək kosmik tullantıları aşkar etmək, həmçinin digər peyklərin kəşfiyyat məlumatı toplamaq və ya missiyaları təhlükəyə atmaq təşəbüslərini izləmək qabiliyyətinə malik olacaq.

“Indra” tərəfindən hazırlanacaq radar sistemi Almaniyanın mövcud sensor şəbəkəsi ilə inteqrasiya olunmuş şəkildə çalışaraq, kosmosda kritik infrastrukturu qoruyacaq. Sistem Almaniyanın Niderland sərhədinə yaxın Uedem şəhərində Kosmik Vəziyyəti Məlumatlandırma Mərkəzindən uzaqdan idarə olunacaq.

Bu layihə Almaniyanın L-GUARD proqramı çərçivəsində həyata keçirilir. “LEO – Groundbased Upscaled AESA RaDar” adlanan bu sistem kosmik müşahidə infrastrukturunun əsas komponenti olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   İspaniya  


Bizi "telegram"da izləyin