Ərdoğan: "Türkiyə Pakistana terrorla mübarizədə dəstəyini davam etdirəcək"

2025/02/1739443005.jpg
Oxunub: 346     14:13     13 Fevral 2025    
Türkiyə Pakistana terrorla mübarizədə dəstəyini davam etdirəcək.

Ordu.az-ın verdiyi xəbərə görə, bu barədə Rəcəb Tayyib Ərdoğan Pakistan Baş naziri Şahbaz Şəriflə birgə mətbuat konfransı zamanı bildirib.

O, “PKK, YPG, İŞİD və FETÖ daxil olmaqla, hər cür terrorla mübarizədə Pakistanın güclü dəstəyinin olduğunu” da vurğulayıb.

Ərdoğan, iki ölkə arasında münasibətlərin daha da inkişaf etdiyini qeyd edərək, səfər çərçivəsində 24 sənədin imzalandığını bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Türkiyə   Pakistan  


Bizi "telegram"da izləyin