Kabildə terror aktı baş verib, ölən və yaralananlar var - YENİLƏNİB

2025/02/1739433353.jpg
Oxunub: 582     13:09     13 Fevral 2025    
Əfqanıstanın paytaxtı Kabil şəhərində Şəhərsalma və Mənzil Tikintisi Nazirliyinin binası qarşısında terrorçu-kamikadze partlayış törədib, bir nəfər ölüb, üç nəfər yaralanıb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə “TOLO News” telekanalına nazirliyin nümayəndəsi Məhəmməd Kamal Əfqan məlumat verib.

O, partlayış faktını təsdiqləyib və qeyd edib ki, hadisə "terrorçunun darvaza qarşısında mühafizəçilər tərəfindən zərərsizləşdirilməsindən" sonra baş verib.

***

Əfqanıstanda terrorçu-kamikadze Kabildəki hökumət müəssisəsinin binası qarşısında partlayış törədib.

Ordu.az xəbər verir ki, bu barədə TASS ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Qurbanlar barədə hələlik məlumat yoxdur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Kabil   Terror  


Bizi "telegram"da izləyin