Almaniyanın hərbi gəmisinə qarşı təxribata cəhd edilib

2025/02/1739432201.jpg
Oxunub: 348     12:22     13 Fevral 2025    
Almaniya Hərbi Dəniz Qüvvələrinin ən yeni korvet tipli döyüş gəmisi F-266 “Emden”ə qarşı təxribat təşkil etmək cəhdinin qarşısı alınıb.

Ordu.az xəbər verir ki, səlahiyyətlilər metal qırıntılarının gəminin dizel mühərriklərindən birinə düşdüyünü aşkar ediblər.

Hadisə ilə bağlı istintaq davam edərkən, Almaniyada döyüş gəmilərinə qarşı oxşar təxribat cəhdlərinin olduğu bildirilir.

Almaniya federal hökuməti bildirib ki, naməlum şəxslər F-266 “Emden” korvetinin dizel mühərriklərindən birinə bir neçə kiloqram metal qırıntıları töküblər.

Hadisə ilə bağlı verdiyi açıqlamada Hərbi Dəniz Qüvvələrinin müfəttişi Yan Kristian Kaak Almaniyada döyüş gəmilərinə qarşı çoxsaylı təxribat cəhdlərinin olduğunu təsdiqləyib.

“Birdən çox gəmidə təxribat, yəni sabotaj var”, - deyə o bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Emden  


Bizi "telegram"da izləyin