Ordu.az xəbər verir ki, layihənin müqavilə prosesi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 2025-ci il devarlın 11-də Malayziyaya səfəri zamanı İdarə Heyətinin sədri Cenk Kaptanoğlu ilə Daxili İşlər Nazirliyinin Baş katibi arasında imzalanmış ilkin qəbul məktubu ilə başladılıb.
DESAN tərəfindən 24 ay ərzində Türkiyədə inşa ediləcək 99 metr uzunluğundakı gəmi Malayziya Sahil Mühafizəsi inventarındakı ən böyük gəmi olacaq.
“Türk Loydu” tərəfindən sertifikatlaşdırılacaq layihədə silah sistemləri, radioelektron və kommunikasiya sistemləri, şaquli qalxma və enmə qabiliyyətinə malik pilotsuz uçuş aparatları kimi qabaqcıl texnologiya komponentləri ASELSAN və HAVELSAN kimi Türkiyə müdafiə sənayesinin aparıcı şirkətlərinin töhfələri ilə inteqrasiya ediləcək.
Bu layihə Malayziyanın dəniz təhlükəsizliyini artırarkən, Türkiyənin müdafiə sənayesində yerli dizayn və istehsal bacarıqlarını bir daha nümayiş etdirmək məqsədi daşıyır. Eyni zamanda, Türkiyə ilə Malayziya arasında strateji əməkdaşlığın dərinləşməsinə də töhfə verir.
Sevinc Əliyeva
Ordu.az