Makron və Mitsotakisin Parisdəki gündəmi: “Meteor”

2025/02/1739428725.jpg
Oxunub: 483     14:37     13 Fevral 2025    
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Parisdə Süni Zəka Fəaliyyət Sammiti çərçivəsində Fransa prezidenti Emmanuel Makron ilə görüşüb.

Ordu.az xəbər verir ki, Yelisey sarayında keçirilən bir saatlıq görüşdə Türkiyənin “Meteor” raketini alması prosesi müzakirə edilib.

Görüş zamanı iki lider Avropa ilə bağlı müxtəlif məsələləri, o cümlədən Donald Trampın yenidən ABŞ prezidenti seçilməsi, Şərqi Aralıq dənizi və Suriyadakı prosesləri müzakirə ediblər.

Görüşün diqqət çəkən mövzularından biri də Türkiyəyə “Meteor” raketlərinin satışı olub.

Makron Yunanıstanın bu məsələ ilə bağlı mövqeyini dəstəklədiyini, lakin Fransanın satış təşəbbüsünə rəhbərlik etmədiyini bildirib.

Fransa prezidenti “Meteor” raket sisteminin çoxmillətli MBDA konsorsiumu tərəfindən istehsal edildiyini vurğulayaraq, prosesin Fransanın rəhbərliyi altında həyata keçirilmədiyini qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   Fransa  


Bizi "telegram"da izləyin