Ordu.az xəbər verir ki, iki ölkə arasında şəhər təhlükəsizliyi, trafik sistemi həlləri, kommunikasiya sistemləri və digər yüksək texnologiyalı təhlükəsizlik həlləri ilə bağlı sazişlər imzalanıb.
DEİK Malayziya-Türkiyə Biznes Forumunda ASELSAN ilə “Sapura” arasında rabitə, ASELSAN-HAVELSAN ilə LUNAS Gəmiqayırma Zavodu arasında dəniz platformasının modernləşdirilməsi, HAVELSAN ilə “MIMOS-Techinsight” arasında süni zəka üzrə əməkdaşlıq müqavilələri imzalanıb.
ASELSAN-ın baş direktoru Ahmet Akyol ASELSAN-ın Malayziyadakı yeni əməkdaşlıqları ilə bağlı “Linkedin” hesabında bildirib:
“Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın Malayziyaya səfəri çərçivəsində biz ASELSAN olaraq strateji tərəfdaşlıq müqavilələri imzaladıq. İnanıram ki, sərhəd təhlükəsizliyi, rabitə və dəniz sistemləri sahələrində imzaladığımız müqavilələr Türkiyə ilə Malayziya arasında dostluq və əməkdaşlığı daha da gücləndirəcək. ASELSAN mühəndisliyinin gücü ilə dost, müttəfiq ölkələrin təhlükəsizliyi və rifahı üçün çalışmaqda davam edəcəyik, ümumi dəyər istehsal etmək missiyamızı qətiyyətlə davam etdirəcəyik. Türkiyə ilə Malayziya arasında atılan bu güclü addımın faydalı olacağına ümid edirəm!”.
Qeyd edək ki, ASELSAN-ın Malayziyadakı marketinq fəaliyyəti 20 ildən artıqdır davam edir. 2017-ci ildə ASELSAN ölkədəki fəaliyyətini sürətləndirmək, mövcud və potensial layihələri daha yaxından izləmək üçün özünün 100% törəmə şirkəti olan “ASELSAN Malaysian SDN BHD”ni təsis edib.
Sevinc Əliyeva
Ordu.az