Peskov Trampın Ukraynanın Rusiyanın bir hissəsi ola biləcəyi ilə bağlı sözlərinə münasibət bildirib

2025/01/1736844719.jpg
Oxunub: 430     13:25     11 Fevral 2025    
ABŞ prezidenti Donald Trampın ştatdankənar müşaviri adlandırılan Stiv Uitkoffun Moskvaya gəlməsi ilə bağlı Kremlin məlumatı yoxdur.

Ordu.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Uitkoffla ilə heç bir təmas planlaşdırılmır.

Peskov Trampın Ukraynanın Rusiyanın bir hissəsi ola biləcəyi ilə bağlı sözlərinə də münasibət bildirib. "İstənilən hadisə 50/50 ehtimalla baş verir - ya hə, ya da yox", deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov əlavə edib ki, Rusiya ilə ABŞ arasında təmaslar müəyyən kanallar vasitəsilə həyata keçirilir və bu təmaslar intensivləşib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peskov   Tramp   Ukrayna  


Bizi "telegram"da izləyin