Omana müdafiə ixracatı: HAVELSAN korvetləri modernləşdirəcək, ASELSAN rabitə sistemləri satacaq

2025/02/1739006436.jpg
Oxunub: 573     15:58     08 Fevral 2025    
Türkiyə Müdafiə Sənayesi Komitəsinin (MSK) sədri Haluk Görgünün rəhbərliyi ilə baş tutan Omana səfər zamanı müdafiə ixracı ilə bağlı iki mühüm addım atılıb.

Ordu.az xəbər verir ki, Oman Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus 2 korvetin modernləşdirilməsi HAVELSAN tərəfindən həyata keçiriləcək.

Omanda ofis açan ASELSAN isə rabitə sistemləri ixracatı həyata keçirib.

Fəaliyyətlərini artırmaq üçün beş il əvvəl Omanda ofis açan və xüsusilə dəniz qüvvələri sahəsində layihələr həyata keçirən HAVELSAN daha bir mühüm modernləşdirmə tenderini qazanaraq, bölgədəki nüfuzunu artırıb.

HAVELSAN baş direktoru Mehmet Akif Nacar imza ilə bağlı aşağıdakı məlumatları verib:

“Oman HDQ-yə məxsus gəmilər üçün həyata keçirəcəyimiz inteqrasiya və modernləşdirmə ilə gəmilərin ən azı 20 il daha Oman HDQ-yə xidmət etməsini təmin etməyi hədəfləyirik. Oman Müdafiə Nazirliyi ilə imzaladığımız müqavilə HAVELSAN-a və Türkiyə müdafiə sənayesinə olan etimadı bir daha nümayiş etdirdi.

HAVELSAN olaraq, təxminən 5 il əvvəl burada “Technology Oman LLC” adlı bir şirkət quraraq, Omanla olan sevgi bağımızı texnoloji əməkdaşlığa çevirdik. Bu gün biz burada mövcudluğumuzu möhkəmləndirən müqavilə imzaladıq. Bu mühüm imzalanma mərasimində hər zaman yanımızda olan MSK sədrimiz cənab Haluk Görgünü və sektorumuzun dəyərli rəhbərlərini Oman ofisimizdə qonaq etməkdən də məmnun olduq. Omana ixracat müqaviləsi ölkəmizə xeyirli olsun”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Oman   HAVELSAN  


Bizi "telegram"da izləyin