Ordu.az xəbər verir ki, “Rosoboronexport” tərəfindən verilən yazılı açıqlamada Miheyevin Hindistanla müdafiə sahəsində əməkdaşlıqla bağlı qiymətləndirmələrinə yer verilib.
Miheyev Hindistanın Asiya-Sakit okean regionunda Rusiyanın ən mühüm strateji tərəfdaşlarından biri olduğunu vurğulayıb.
“Rosoboronexport” təkcə son 20 ildə, 2005-ci ildən 2025-ci ilə kimi Hindistanla 50 milyard dollar dəyərində bir neçə müqavilə imzalayıb”, - deyə “Rosoboronexport”un baş direktoru bildirib.
Texnologiya sahəsində də əməkdaşlığın inkişaf etdirildiyini qeyd edən Miheyev vurğulayıb: “Hindistana tədarük edilən Rusiya müdafiə sənayesi məhsullarının ümumi həcmi təxminən 80 milyard dollara çatıb”.
Sevinc Əliyeva
Ordu.az