Trampın Ukrayna ilə bağlı sülh planı Britaniya mətbuatına sızıb

2025/02/1738819733.jpg
Oxunub: 428     10:41     07 Fevral 2025    
ABŞ prezidenti Donald Trampın bütün administrasiyası Ukrayna münaqişəsinin nizamlanması üçün həll yollarının axtarılmasına cəlb olunub.

Ordu.az xəbər verir ki, bunu Ağ Ev rəhbərinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq bildirib.

“Rusiya ilə Ukrayna arasında müharibənin dayandırılması – həqiqətən, bütün administrasiyanın işidir, bu ümumhökumət yanaşmasıdır. Bizim milli təhlükəsizlik üzrə bütün komandamız - prezident, vitse-prezident, milli təhlükəsizlik üzrə müşavir, dövlət katibi və maliyyə naziri, Ağ Evin Milli Təhlükəsizlik Şurası bu məsələni müzakirə edirlər. Hamısı birgə işləyir”, - deyə o “New York Post”a verdiyi müsahibədə bildirib.

Bu arada ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı iddia olunan sülh planı Britaniya mətbuatına sızıb. Bu barədə "Daily Mail" öz mənbələrinə istinadən məlumat dərc edib.

Nəşrin yazdığına görə, prosesin ilk mərhələsində ukraynalı lideri Volodimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı təşkil olunacaq, fevral ayının sonuna kimi və ya martın əvvəlində isə müharibə edən ölkələrin dövlət başçıları təkbətək görüşməlidirlər. Məqaləyə əsasən, bunlar baş tutandan sonra ABŞ sülh sazişinin bağlanması üçün Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı beynəlxalq konfrans təşkil edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Ukrayna  


Bizi "telegram"da izləyin