Ordu.az xəbər verir ki, İsrail hava məkanının təhlükəsizliyini artırmağı hədəfləyir.
İsrail rəsmiləri bu sınaqların Pilotsuz Uçuş Aparatı (PUA) təhdidlərinə qarşı təsirli müdafiə mexanizmləri olduğunu deyirlər.
Son illərdə PUA sahəsindəki inkişaflar hərbi sahədə və münaqişə zonalarında ciddi risk faktoru kimi ortaya çıxıb.
İsrail Müdafiə Nazirliyi və ona bağlı qurumlar bu sahədə yeni və effektiv müdafiə şəbəkəsi yaratmağı hədəfləyir.
Sınaqlar radara əsaslanan aşkarlama sistemlərindən radioelektron qarışdırma texnologiyalarına, lazer silahlarından tutmuş kinetik məhvetmə sistemlərinə qədər geniş spektri əhatə edir.
Sevinc Əliyeva
Ordu.az