Münhen konfransında Trampın Ukrayna ilə bağlı planı təqdim ediləcək

2025/02/1738818371.jpg
Oxunub: 478     01:06     06 Fevral 2025    
ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Münhen Təhlükəsizlik Konfransında Rusiyanın Ukraynaya qarşı müharibəsinin başa çatdırılması planını təqdim etməlidir.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Trampın Ukraynadakı müharibənin bitməsi planında hansı müddəaların yer alacağı məlum deyil.

Bundan əvvəl Kelloq “X” sosial şəbəkəsində Münhen konfransında iştirakı və ABŞ-nin müttəfiqləri ilə Ukraynada sülh nizamlanması mövzusunu müzakirə etmək niyyətində olduğunu bildirib.

“The Wall Street Journal” qəzetinin məlumatına görə, Tramp Kelloqa Rusiya-Ukrayna münaqişəsini 100 gün ərzində həll etməyi tapşırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Münhen-konfransı   Tramp   Ukrayna  


Bizi "telegram"da izləyin