Ordu.az xəbər verir ki, Müdafiə Sənayesi Sərgisində Türkiyənin 16 müdafiə sənayesi şirkəti və 2 qurumun texnologiyaları nümayiş olunub.
Təlimdə iştirak edən ölkələr tərəfindən Türkiyə müdafiə sənayesinin imkanlarının müşahidə edildiyi sərgidə STM texnologiyaları da ziyarətçilərə təqdim edilib.
STM-in mövzu ilə bağlı sosial media paylaşımında qeyd olunub: “Qış Təlimi-2025”in bir hissəsi olaraq, müdafiə sənayesi sərgisi sahəsində oyun dəyişdirici milli texnologiyalarımızı nümayiş etdirməyə davam edirik!”.
Sevinc Əliyeva
Ordu.az