Qazaxıstan BMT reytinqində kibertəhlükəsizlik üzrə liderlərin ilk üçlüyünə daxil olub

2024/09/1726477665.jpg
Oxunub: 511     17:06     01 Fevral 2025    
Qazaxıstan BMT reytinqində kibertəhlükəsizlik üzrə liderlərin ilk üçlüyündə yer alıb.

Ordu.az Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin Rəqəmsal İnkişaf Nazirliyinin İnformasiya Təhlükəsizliyi Komitəsinin sədri Ruslan Abdikalikov bildirib.

Onun sözlərinə görə, yaxın illərdə ölkənin qarşısında rəqəmsal təhlükəsizlik sahəsində lider mövqeləri nəzərdə tutan Tier 1 (Role-modeling) qrupuna daxil olmaq kimi iddialı hədəf durur.

"Son illərdə biz bir sıra mühüm təşəbbüslər həyata keçirmişik: Bug Bounty platforması, məlumatlara çıxışa nəzarət xidməti, 220-dən çox dövlət sisteminin informasiya mühafizəsi platforması ilə inteqrasiyası. Süni intellekt bu gün boşluqların aşkarlanmasında, hücumların qarşısının alınmasında və vətəndaşların qorunmasında aparıcı rol oynayır", - o qeyd edib.

R.Abdikalikov əsas təşəbbüslər arasında Zərərli Kodların Tədqiqat Mərkəzinin və mütəxəssis hazırlığı üçün kiberpoliqonun açılmasını, "Kiberqalxan-2" proqramının genişləndirilməsini, eGov-da "STOP-KREDİT" funksiyasının tətbiqini, şəxsi məlumatların qorunması üzrə beynəlxalq konvensiyalara qoşulmanı qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazaxıstan   BMT   Kibertəhlükəsizlik  


Bizi "telegram"da izləyin