Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində bu gün İsrail həbsxanalarından azad edilməsi planlaşdırılan ən azı 8 fələstinli məhbus Misirə deportasiya ediləcək.
Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Əl-Qahira əl-İxbariya" telekanalı məlumat yayıb.
Kanal deportasiya ediləcək şəxslərin kimliyini açıqlamayıb. Onların üçüncü ölkələrə göndəriləcəyi və ya Misirdə qalacağı barədə də məlumat yoxdur.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Qəzza
İsrail
Misir