ChatGPT pulsuz “o3” süni intellektini istifadəyə verib

2023/09/1694847197.jpg
Oxunub: 1141     13:32     01 Fevral 2025    
2024-cü ilin dekabr ayında elan olunmuş “o3-mini” süni intellekt modeli artıq “OpenAİ” “ChatGPT” çat-botu və API istifadəçilərinin sərəncamına verilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, artıq ChatGPT plus və Team abunəçiləri gün ərzində süni intellektə 150 sorğu göndərə biləcək.

Məlumata görə, aylıq abunə haqqı 200 ABŞ dolları olan Pro istifadəçiləri isə daha ağıllı süni intellekt modelindən heç bir məhdudiyyət olmadan yararlanacaq. Pulsuz istifadəçilərə sorğu baxımından hansı limitlərin qoyulacağı açıqlanmayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ChatGPT   OpenAİ  


Bizi "telegram"da izləyin