Türkiyə HDQ-yə xidmət edən TCG “Gaziantep” freqatı bir ilkə imza atıb

2025/02/1738401487.jpg
Oxunub: 582     13:37     01 Fevral 2025    
“Gabya” sinfi olaraq Türkiyə Hərbi Dəniz Qüvvələrinə xidmət edən TCG “Gaziantep” freqatı bir ilkə imza atıb.

Ordu.az xəbər verir ki, uzun illər gəmidə istifadə edilən 7 mm-lik əsas batareya silah lüləsi “Makine Kimya Endüstrisi AŞ” tərəfindən milli imkanlarla istehsal edilən lülə ilə əvəz edilib.

“Mavi Vatan-2025” təlimi çərçivəsində ilk atışlar icra edilib. Mövzu ilə bağlı Türkiyə Milli Müdafiə Nazirliyindən xüsusi paylaşım edilib:

“TCG “Gaziantep” freqatının xaricdə istehsal olunan 76 mm-lik əsas batareya lüləsi xidmət müddətini başa vurduqdan sonra inventardan çıxarılıb və “Makine Kimya Endüstrisi AŞ” tərəfindən istehsal edilən 76 mm-lik yerli dəniz topu lüləsi ilə dəyişdirilib. “Mavi Vatan-2025” təlimi çərçivəsində yeni milli istehsal olan MKE 76 mm-lik lüləsindən istifadə etməklə, atışlar uğurla icra edilib”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   HDQ   Gaziantep  


Bizi "telegram"da izləyin