“Müdafiə sənayemiz son 10 ildə dünyanın 185 ölkəsinə 230-dan çox məhsul ixrac edib” - Haluk Görgün

2025/02/45545-1738401223.jpg
Oxunub: 560     14:12     01 Fevral 2025    
Müdafiə və Aviasiya Sənayesində Qlobal Strategiyalar Konfransı Antalyada sektorun aparıcı simalarını bir araya gətirib.

Ordu.az xəbər verir ki, Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün konfransda 2024-cü ilin ixrac uğuru və gələcək strategiyalarını paylaşıb.

“2024-cü ildə müdafiə və aviasiya sənayesi ixracat rəqəmlərimiz əvvəlki ilə görə 29 faiz artaraq, 7 milyard 154 milyon dollara çatdı. Bu rəqəmlə biz ötən il sektorumuz üçün nəzərdə tutulan 6,5 milyard dollardan 11 faiz çox iş gördük”, - deyə o qeyd edib.

Görgün bildirib ki, beynəlxalq əlaqələri getdikcə daha da mürəkkəbləşdirən qlobal inkişaflar müdafiə sənayesində özünü təmin etməyin və güclü olmağın vacibliyini ortaya qoyur.

“Müdafiə sənayemiz son 10 ildə dünyanın 185 ölkəsinə 230-dan çox məhsul ixrac edib. Təkcə ötən il 180 müxtəlif ölkəyə ixracat həyata keçirilib. 2024-cü ildə prezidentimizi 9 müxtəlif beynəlxalq səfərdə müşayiət etdik”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Görgün   Türkiyə  


Bizi "telegram"da izləyin