Ordu.az xəbər verir ki, Antalyada keçirilən, müdafiə və aviasiya sənayesinin əhəmiyyətli nümayəndələrinin qatıldığı, 2024-cü ilin ixracat çempionlarının mükafatlarını aldığı Müdafiə və Aviasiya Sənayesində Qlobal Strategiyalar Konfransında Türkiyə Milli Müdafiə Nazirliyinə bağlı ASFAT şirkəti 3 mükafat alıb.
Silah sistemləri və sursat ixracında 3-cü, müdafiə və aviasiya sənayesi ixracında 3-cü, hərbi dəniz platformaları ixracında 1-ci yerə layiq görülən ASFAT adına mükafatlar ASFAT-ın Baş direktoru Behcet Karataş tərəfindən təhvil alınıb.
Mərasimdə Türkiyə milli müdafiə nazirinin müavini Musa Heybet də iştirak edib və çıxış edib.
Türkiyə Cümhuriyyəti tarixində ən böyük dəniz layihələrindən birini həyata keçirən ASFAT qlobal dənizçilik bazarı üçün dizayn, inşa, inteqrasiya, texniki qulluq və təlim proseslərində böyük rol oynayır.
Sevinc Əliyeva
Ordu.az