İsrail HƏMAS-ın üçüncü girovu da azad etdiyini təsdiqləyib - YENİLƏNİB

2025/02/1738400192.jpg
Oxunub: 714     12:58     01 Fevral 2025    
HƏMAS-ın girovluğunda olan üçüncü israilli Kit Siqel Qəzzada Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təhvil verilib.

Ordu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu (IDF) məlumat yayıb.

"BQXK-nın məlumatına əsasən, onlara daha bir girov təhvil verilib və bu girovlar Qəzza zolağında İsrail Müdafiə Ordusu və Ümumi Təhlükəsizlik Xidməti qüvvələrinə doğru hərəkət edirlər", - məlumatda qeyd olunub.

***

484 gün boyunca HƏMAS silahlıları tərəfindən saxlanılan yəhudi əsilli Şmuel Kit Siqal yaxın saatlarda qarşı tərəfə təhvil veriləcək.

Ordu.az-ın “newsru.co.il” portalına istinadən xəbərinə görə, prosesin baş tutacağı Qəzza sektorundakı məntəqədə hazırlıq işləri tamamlanıb. Burada həmçinin girovun qalxması üçün xüsusi səhnə quraşdırılıb.

Əraziyə həmçinin yüzlərlə HƏMAS silahlısının gəldiyi açıqlanıb.

Qeyd edək ki, bir qədər əvvəl təhvili prosesi yekunlaşan Ofer Kalderon və Yarden Bibas onları müşayiət edən İsrail həbçiləri ilə birlikdə ərazini tərk ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HƏMAS   İsrail  


Bizi "telegram"da izləyin