“Kale Kalıp” ən son məhsullarını IDEX 2025 sərgisində nümayiş etdirəcək

2025/02/1738398615.jpg
Oxunub: 541     16:09     01 Fevral 2025    
Həssas qəliblər, maşın hissələri və xüsusi təyinatlı maşınların dizaynı və istehsalı üçün 1969-cu ildə İstanbulda qurulan “Kale Kalıp” Əbu-Dabidə keçiriləcək IDEX 2025 Beynəlxalq Müdafiə Sərgisində iştirak edir.

Ordu.az xəbər verir ki, şirkət ən son məhsullarını 14-B37 stendində nümayiş etdirəcək.

Yerli və beynəlxalq atıcı silah məhsulları istifadəçilərinin üstünlük verdiyi həll ortağı olan “Kale Kalıp” yeni nəsil, orijinal və taktiki qabiliyyətə malik məhsullar inkişaf etdirərək, Türkiyə müdafiə sənayesi ekosistemində əhəmiyyətli bir yerə sahibdir.

Şirkət öz dizayn və istehsal imkanları ilə Türkiyə Silahlı Qüvvələri və Hüquq-Mühafizə Qüvvələri üçün ölkə daxilində Piyada Tüfəngləri, Snayper Tüfəngləri, Pulemyotlar və Avtomatik Qumbaraatanlar istehsal edir.

IDEX 2025 sərgisində “Kale Kalıp”ın pulemyotları ilə beynəlxalq ziyarətçilərin diqqət mərkəzində olacağı gözlənilir.

Şirkət rəsmiləri sərgi zamanı potensial müştərilərlə görüşərək, ixrac şəbəkəsini genişləndirməyi və biznes tərəfdaşları ilə görüşlər keçirərək, yeni işgüzar əlaqələr qurmağı hədəfləyirlər.

“Kale Kalıp”ın IDEX 2025-də iştirakı “Kale Kalıp” məhsullarının regional və qlobal istifadəsinə yönəlmiş marketinq və satış səylərinə töhfə verəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: IDEX-2025   Kale-Kalıp  


Bizi "telegram"da izləyin