“Türkiyə müdafiə sənayesi dünyanın 11-ci ən böyük müdafiə sənayesi ixracatçısıdır” - Haluk Görgün

2025/02/66dss-1738390553.jpg
Oxunub: 515     14:03     01 Fevral 2025    
Türkiyə Müdafiə Sənayesi Komitəsinin (MSK) sədri Haluk Görgün Müdafiə və Aviasiya Sənayesində Qlobal Strategiyalar Konfransı çərçivəsində açılış nitqi söyləyib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Türkiyənin müdafiə sənayesindəki mövcud vəziyyəti dəyərləndirən Görgün deyib:

“Bu gün Türkiyə müdafiə sənayesi dünyanın 11-ci ən böyük müdafiə sənayesi ixracatçısıdır. Türkiyə müdafiə sənayesi komitəmizin koordinasiyasında həyata keçirilən dizayndan kütləvi istehsala, “Ar-Ge” və innovasiyadan sənayeləşməyə qədər həyata keçirdiyi layihə fəaliyyətləri ilə bütün təhlükəsizlik qüvvələrimizin ehtiyaclarını yerli və milli imkanlarla ən təsirli şəkildə qarşılamaq üçün səylərini davam etdirir.

Komitə olaraq, əməliyyat sahəsində yaranan ehtiyacları qarşılayarkən, mövcud layihələrimizi inkişaf etdirməyə davam edir, digər tərəfdən, texnoloji inkişafları yaxından izləyir və gələcəyin döyüş mühitinə hazırlaşırıq. Bu gün sektorumuz 500-dən çox şirkətlə ölkəmizin iqtisadiyyatına ən yüksək töhfə verən sektorlardan birinə çevrilib.

Bu çərçivədə hazırda komitəmizdə 80% yerlilik göstərici və 100 milyard dolları keçən layihənin həcmi ilə 1100-dən çox layihə həyata keçirilir. 2024-cü ildə keçirilən iki SSİK toplantısında ümumilikdə 90 layihə haqqında qərar qəbul etdik. MSK olaraq Türkiyə müdafiə sənayesini inkişaf etdirmək, ordumuzu müasir sistemlərlə təchiz etmək və modernləşdirmək məqsədilə ötən il büdcəsi 7 milyard dolları keçən 170 yeni layihəyə imza atdıq.

Bu il müdafiə sənayesinə 1 trilyon 600 milyard lirəni aşan sərmayələr qoymağı və xərclər etməyi planlaşdırırıq. Beləliklə, biz layihələrimizə NATO-nun nəzərdə tutduğu ÜDM-in 2%-dən qat-qat yüksək olan resurslar ayıracağıq”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   MSK  


Bizi "telegram"da izləyin