Türkiyənin “Eurofighter Typhoon” döyüş təyyarəsi alması üçün kritik prosesə başlanılıb

2025/02/1738390269.jpg
Oxunub: 593     13:04     01 Fevral 2025    
Türkiyənin “Eurofighter Typhoon” döyüş təyyarəsi alması üçün kritik prosesə başlanılıb.

Ordu.az xəbər verir ki, Britaniyanın “BAE Systems” şirkəti yaxın vaxtlarda Türkiyəyə öz qiymət təklifini təqdim edəcək.

Türkiyə Milli Müdafiə Nazirliyinin mənbələri Türkiyənin müdafiə sənayesinin yerli və milli sistemlərə üstünlük verdiyini bildirib.

“Kaan”, “Hürjet”, “Kızılelma” və “Anka-3” kimi silah sistemlərimiz istifadəyə hazır olana qədər Hərbi Hava Qüvvələrimizin ehtiyacı olan F-16 və “Eurofighter”lərin alınması ilə bağlı işlərimiz davam edir”, - deyə mənbələr qeyd ediblər.

Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmiləri 40 ədəd “Eurofighter Typhoon” döyüş təyyarəsinin alınması prosesinin davam etdiyini bildiriblər.

“Bu çərçivədə 40 ədəd “Eurofighter Typhoon” təyyarəsinin alınması üçün hazırlanan Tələblərin Tərifi Sənədi Böyük Britaniya Müdafiə Nazirliyinə və əlaqədar şirkətə göndərilib. Yaxın günlərdə qiymət təklifini alacağımızı gözləyirik. F-16 məsələsi ilə bağlı texniki müzakirələrimiz də müsbət şəkildə davam edir”, - deyə rəsmilər əlavə ediblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Eurofighter-Typhoon  


Bizi "telegram"da izləyin