Ordu.az xəbər verir ki, dövlət televiziyası CCTV-nin sosial media hesablarından birində edilən paylaşımda yanvarın 3-dən etibarən ABŞ-də şirkətin veb-serverlərinə IP ünvanlardan hücum edildiyi və bunların yanvarın 27-28-də kütləvi kobud güc hücumuna çevrildiyi bildirilib.
CCTV-yə danışan kibertəhlükəsizlik üzrə ekspert Vanq Hui hücumları həyata keçirən bütün IP ünvanlarını qeydə aldıqlarını və hamısının mənbəyinin ABŞ-dəki ünvanlar olduğunu deyib.
Çinin SZ şirkəti yanvarın 27-də öz saytındakı kiberhücumlara görə öz internet saytına yeni istifadəçiləri qəbul etməyi dayandırdığını elan edib.
Məhdudiyyət yalnız SZ vasitəsinin veb çatbot və tətbiq interfeysi (API) xidməti ilə məhdudlaşıb, “DeepSeek” mobil tətbiqi aktiv olaraq qalıb.
Sevinc Əliyeva
Ordu.az