Dövlət Departamenti: ABŞ-nin Venesueladan neft almağa ehtiyacı yoxdur

2025/02/1738382985.jpg
Oxunub: 661     09:08     01 Fevral 2025    
ABŞ-nin Venesueladan neft almağa ehtiyacı yoxdur. ABŞ xalis enerji ixracatçısına çevrilmək istəyir.

Ordu.az xəbər verir ki, bunu ABŞ-nin Latın Amerikası üzrə xüsusi nümayəndəsi Maurisio Klaver-Karon jurnalistlərə açıqlamasında deyib.

Qeyd olunub ki, ABŞ Prezidenti Donald Trampın mövqeyi belədir: "Bizə Venesuela nefti lazım deyil. Bizə lazım olan bütün neft ABŞ-dədır".

Xüsusi nümayəndənin sözlərinə görə, prezidentin enerji planı ABŞ-nin ilk dövründə etdiyi enerji müstəqilliyini təmin etmək və xalis ixracatçı olmaq məqsədi daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Venesuela  


Bizi "telegram"da izləyin