ABŞ-də təyyarə qəzasında ölən 41 nəfərin meyiti tapılıb

2025/02/1738382915.jpg
Oxunub: 470     01:30     01 Fevral 2025    
ABŞ-nin fövqəladə hallar xidmətləri Vaşinqton səmasında hərbi helikopterlə sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 41 nəfərin meyitini tapıb, onlardan 28-nin şəxsiyyəti müəyyən edilib.

Ordu.az-ın məlumatına görə, bunu Kolumbiya dairəsinin Yanğınsöndürmə Xidmətinin rəhbəri Con Donnelli deyib.

“Biz həlak olan 41 nəfərin qalıqlarını çıxarmışıq, onlardan 28-nin şəxsiyyəti müəyyən edilib”, o, mətbuat konfransında bildirib.

Xatırladaq ki, hadisə yanvarın 30-da baş verib. Vaşinqtonda Ronald Reyqan adına hava limanı yaxınlığında “Black Hawk” hərbi helikopteri ilə Kanzasdan gələn, içərisində 64 nəfərin olduğu sərnişin təyyarəsi toqquşub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Qəza  


Bizi "telegram"da izləyin