Ordu.az “DR” televiziyasına istinadən xəbər verir ki, jurnalistlər Baş nazirdən hökumətin müdafiə xərclərini artırmaq üçün pulu haradan alacağını soruşublar.
“Qısa cavab: hələ bilmirik”, - Frederiksen qeyd edib.
KİV-in məlumatına görə, Danimarka hazırda ÜDM-nin təxminən 2,4%-ni müdafiə xərclərinə sərf edir.
Frederiksen müdafiə xərclərinin artırılmasının yeni məqsəd olmadığını açıqlayıb.
Ölkənin hakimiyyət orqanları son bir neçə ildir bu məsələ ilə məşğuldur.
Ordu.az