ABŞ dövlət katibinin sabah Latın Amerikası ölkələrinə səfəri başlayır

2025/01/1738341265.jpg
Oxunub: 535     20:18     31 Yanvar 2025    
ABŞ dövlət katibi Marko Rubio fevralın 1-də Latın Amerikası ölkələrinə səfər edəcək.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” ABŞ Dövlət Departamentinə istinadən məlumat yayıb.

"Dövlət katibi Rubio 1-6 fevral tarixlərində Panama, Salvador, Kosta-Rika, Qvatemala və Dominikan Respublikasına səfər edəcək", - məlumatda bildirilib.

Qeyd olunub ki, M.Rubio səfər zamanı ABŞ-nin milli təhlükəsizliyinin gücləndirilməsi, sərhədlərimizin qorunması və iqtisadi rifahın artırılması vasitəsilə ABŞ Prezidenti Donald Trampın administrasiyasının "Öncə Amerika" xarici siyasət prinsipini təşviq edəcək.

KİV qeyd edib ki, Panamaya səfərin yerli hakimiyyətin Trampın Panama kanalı üzərində ABŞ-nin nəzarətini bərpa etmək niyyətini əks etdirən şərhlərindən kəskin narazılığı fonunda keçəcəyi gözlənilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rubio   Latın-Amerikası  


Bizi "telegram"da izləyin