"Rəfah" sərhəd-keçid məntəqəsi Qəzzadan pasiyentləri qəbul etməyə hazırdır

2024/11/1732976383.jpg
Oxunub: 519     17:28     31 Yanvar 2025    
Misir-Qəzza sərhədindəki "Rəfah" sərhəd-keçid məntəqəsi Qəzza zolağından pasiyentləri qəbul etməyə hazırdır.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Misirin Şimali Sinay əyalətinin qubernatoru Xalid Muqaver bildirib.

"Bir neçə gün əvvəl bütün jurnalistlərə bildirdim ki, "Rəfah" sərhəd-keçid məntəqəsi tezliklə yaralıları qəbul etməyə başlayacaq. Bu gün onun açılışı elan olunub. Biz pasiyentləri qəbul etməyə başlayacağıq", - qubernator bəyanatında bildirib.

Qəzzanın Səhiyyə Nazirliyindən qeyd edilib ki, Fələstin anklavından ilk qrup fevralın 1-i "Rəfah" sərhəd-keçid məntəqəsindən keçəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rəfah   Qəzza  


Bizi "telegram"da izləyin