SDT ən son texnologiyalarını IDEX 2025 sərgisində nümayiş etdirəcək - VİDEO

2025/01/2025--1738314841.jpg
Oxunub: 591     13:20     01 Fevral 2025    
Türkiyənin müdafiə sənayesi şirkətlərindən biri olan SDT Əbu-Dabidə keçiriləcək IDEX 2025 Beynəlxalq Müdafiə Sərgisində iştirak edəcək.

Ordu.az xəbər verir ki, şirkət ən son həllərini 12-E13 stendində nümayiş etdirəcək.

SDT uzun illərdir ki, müdafiə sektoru üçün innovativ texnologiyalar istehsal edir.

Şirkətin məhsul çeşidi radar sistemləri, Radioelektron Mübarizə (REM) sistemləri, komanda və idarəetmə sistemləri, simulyasiya həlləri və kibertəhlükəsizlik həlləri kimi geniş sahələri əhatə edir.

SDT-nin IDEX 2025 sərgisində nümayiş etdirəcəyi məhsullar arasında son zamanlar inkişaf etdirilən radar və rem sistemlərinin önə çıxacağı gözlənilir.

Şirkət rəsmiləri sərgi boyu potensial müştərilər və biznes tərəfdaşları ilə görüşərək, yeni işgüzar əlaqələr yaratmağı hədəfləyirlər.

SDT-nin IDEX 2025 sərgisində iştirakı şirkətin beynəlxalq səviyyədə tanınmasına və ixrac potensialının inkişafına töhfə verəcək.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   IDEX-2025   SDT  


Bizi "telegram"da izləyin