“Sarsılmaz” ən son məhsullarını IDEX 2025 sərgisində nümayiş etdirəcək - VİDEO

2025/01/2025--1738314732.jpg
Oxunub: 445     12:01     01 Fevral 2025    
Türkiyənin müdafiə sənayesi şirkətlərindən olan “Sarsılmaz” Əbu-Dabidə keçiriləcək IDEX 2025 Beynəlxalq Müdafiə Sərgisində iştirak edəcək.

Ordu.az xəbər verir ki, şirkət ən son məhsullarını 12-E11 nömrəli stenddə nümayiş etdirəcək.

100 ildən çox köklü tarixi ilə “Sarsılmaz” Türkiyə müdafiə sənayesinin əsas oyunçularından biri kimi seçilir.

Geniş məhsul çeşidi ilə diqqət çəkən şirkət tapança, piyada üçün pulemyot, ov tüfəngi və müdafiə sistemləri kimi bir çox sahədə istehsal həyata keçirir.

IDEX 2025 sərgisində “Sarsılmaz”ın yeni nəsil silah sistemləri və taktiki ləvazimatlarının, xüsusilə də son dövrlərdə inkişaf etdirdiklərinin ön plana çıxması gözlənilir.

Şirkət rəsmiləri sərgi boyu potensial beynəlxalq müştərilər və biznes tərəfdaşları ilə əlaqə saxlayacaq və əməkdaşlıq imkanlarını qiymətləndirəcəklər.

“Sarsılmaz”ın IDEX 2025 sərgisində iştirakı şirkətin beynəlxalq arenada daha çox tanınmasına və ixrac potensialının artmasına töhfə verəcək.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Sarsılmaz   IDEX-2025  


Bizi "telegram"da izləyin