Türkiyə MN: Müxtəlif miqdarda “Sarp” Qülləli İnkişaf Etdirilmiş Zirehli Personal Daşıyıcısının yoxlama və qəbul fəaliyyətləri tamamlanıb

2025/01/1738314381.jpg
Oxunub: 447     10:29     01 Fevral 2025    
Türkiyə Milli Müdafiə Nazirliyinin həftəlik mətbuat brifinqində Quru Qoşunları Komandanlığına təhvil verilən “Sarp” Qülləli İnkişaf Etdirilmiş Zirehli Personal Daşıyıcıları ilə bağlı açıqlama verilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Nazirliyin sözçüsü kontr-admiral Zeki Aktürk təhvil-təslimdən sonra verdiyi açıqlamada bildirib:

“Yerli və milli müdafiə sənayesi məhsullarımızla Türkiyə Silahlı Qüvvələrimizin imkan və qabiliyyətlərinin artırılması istiqamətində fəaliyyətlər davam edir. Bu çərçivədə Quru Qoşunları Komandanlığımız tərəfindən müxtəlif miqdarda “Sarp” Qülləli İnkişaf Etdirilmiş Zirehli Personal Daşıyıcısının yoxlama və qəbul fəaliyyətləri tamamlanıb”.

Qeyd edək ki, 2023-cü ilin may ayında Türkiyə Silahlı Qüvvələri üçün İnkişaf Etdirilmiş Zirehli Personal Daşıyıcısı Modernləşdirmə Layihəsinin imzalanma mərasimi keçirilib. Bu layihə ilə 2000-ci illərin əvvəllərində təhvil verilmiş və müxtəlif əməliyyatlarda iştirak etmiş vasitələrin ən azı 20 il daha yüksək performansla xidmət göstərməsinin təmin edilməsi hədəflənir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   MN   Sarp  


Bizi "telegram"da izləyin