Ordu.az xəbər verir ki, bunu Erməni Milli Konqresi partiyasının sədr müavini Aram Manukyan deyib.
Onun sözlərinə görə, bu, həmçinin qısa müddətdə təhlükəsizlik üçün müəyyən yastıq təmin edə bilər.
“Bu ümumi fonda Ararat Mirzoyanın ABŞ ilə imzaladığı enerji sazişləri məni çox narahat edir. Bu, ABŞ-nin dinc atom proqramına daxil olmağa çalışdığımız çox təhlükəli, son dərəcə təhlükəli bir müddəadır”, - deyə Manukyan qeyd edib.
Manukyan bildirib ki, bu fəaliyyət bir fəlakət olacaq.
Erməni Milli Konqresi partiyasının sədr müavini vurğulayıb ki, Aİ Ermənistanı gözləmir.
“Aİ bu axmaqlara yüzlərlə dəfə başa salıb ki, biz sizi gözləmirik, qəbul edə bilmərik. İkincisi, izah edirlər ki, əzizlərim, Avrasiya İqtisadi Birliyi və Aİ ayrı bankalar, fərqli qablardır. Əgər bura getmək istəyirsənsə, o birindən çıxmalısan. Bunlar qorxaqdırlar, səmimi və dürüst deyillər”, - deyə o əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az