Lavrov: "Kiprlilər arzuladığı kimi yaşamalıdırlar, həm şimalda, həm də cənubda"

2024/03/1711689902.jpg
Oxunub: 404     14:03     14 Yanvar 2025    
Arzulayıram ki, kiprlilər arzuladığı kimi yaşasınlar, həm cənubda, həm də şimalda.

Ordu.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi illik mətbuat konfransında bildirib.

O, Şimali Kiprdə (Şimali Kipr Türk Cumhuriyyəti-red.) 10 mindən çox rusiyalının yaşadığını, Moskvanın onlara konsulluq xidməti göstərdiyini söyləyib.

Lavrov kiprlilərin necə yaşamaları haqqında qərarı özlərinin verməli olduğunu qeyd edib, kənardan onlara deyilənlərə qulaq asmamalarını məsləhət görüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Kipr  


Bizi "telegram"da izləyin