Rusiyada iki sənaye müəssisəsi PUA hücumu nəticəsində zərər görüb

2025/01/1736835690.jpg
Oxunub: 1054     10:04     14 Yanvar 2025    
Pilotsuz uçuş aparatı (PUA) ilə kütləvi hücumlardan sonra Rusiyanın Saratov və Engels şəhərlərindəki iki sənaye müəssisəsi zərər görüb.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Saratov vilayətinin qubernatoru Roman Busarqin məlumat verib.

"Bu gün Saratov və Engels şəhərləri PUA-ların kütləvi hücumuna məruz qalıb. Hava Hücumundan Müdafiə (HHM) vasitələri tərəfindən çoxsaylı hədəflər məhv edilib", - sosial şəbəkələrdə bildirilib.

Onun sözlərinə görə, hadisə yerlərində təcili xidmətlər işləyir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   PUA  


Bizi "telegram"da izləyin