Nijnekamsk aeroportunda dron hücumu ilə əlaqədar məhdudiyyətlər tətbiq edilib

2025/01/1736835579.jpg
Oxunub: 414     10:00     14 Yanvar 2025    
Rusiyanın Nijnekamsk hava limanında təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Ordu.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl oxşar məhdudiyyətlər Kazan, Saratov, Penza və Ulyanovsk hava limanlarında tətbiq edilmişdi.

KİV-in məlumatına görə, məhdudiyyətlərin tətbiqi dron hücumu ilə əlaqədardır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Nijnekamsk  


Bizi "telegram"da izləyin