Bayden administrasiyası Rusiyaya qarşı sanksiyaları Trampın komandası ilə əlaqələndirməyib

2025/01/1736832100.jpg
Oxunub: 429     06:43     14 Yanvar 2025    
Cozef Baydenin rəhbərlik etdiyi ABŞ administrasiyası Rusiyanın enerji sənayesinə qarşı sanksiyaların tətbiqi ilə bağlı yeni seçilmiş prezident Donald Trampın komandası ilə koordinasiya etməyib.

Ordu.az xəbər verir ki, bu barədə Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Ağ Evdə keçirdiyi brifinqdə bildirib:

“Onlarla razılaşdığımızı demirəm, amma nə etmək niyyətində olduğumuz barədə onlara məlumat verdik. Çünki biz keçid dövründə şəffaflığı qorumağa və atacağımız addımlar barədə məlumatı əvvəlcədən onlarla paylaşmağa çalışırıq”, - deyə o bildirib

O, həmçinin yeni sanksiyalar paketinin dünya bazarında neftin qiymətində ciddi artıma səbəb olmayacağı ilə bağlı fikirlərini bildirib:

“Unutmayın, 2022-ci ilin ilk aylarında Ukraynada müharibə başlayanda neftin qiyməti 100 dollardan xeyli yuxarı qalxmışdı. ABŞ həmin vaxt Rusiya neft sənayesinə qarşı sanksiyalar tətbiq etsəydi, bu, ABŞ istehlakçıları üçün, həqiqətən, ciddi zərbə olardı. Bu gün qiymət mühiti çox fərqlidir. Əslində, bu gün neftin qiymətləri son bir neçə ilin orta qiymətindən xeyli aşağıdır”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayden   Rusiya  


Bizi "telegram"da izləyin