Aİ Şurası İsveçrənin hərbi Şengenə qoşulmasını təsdiqləyib

2025/01/1736831505.jpg
Oxunub: 585     02:03     14 Yanvar 2025    
Avropa İttifaqı İsveçrənin hərbi Şengen proqramına qoşulmaq dəvətini rəsmən təsdiqləyib. Bu proqramın məqsədi qoşunları sərhədlərdə gecikmə olmadan Avropanın hər yerində sürətlə yerləşdirməkdir.

Ordu.az xəbər verir ki, bu barədə qərarı Aİ Şurası qəbul edib.

Qeyd olunub ki, Aİ Şurası İsveçrənin Daimi Strukturlaşdırılmış Müdafiə Tərəfdaşlığı çərçivəsində hərbi mobillik layihəsində iştirakının proqramın şərtlərinə cavab verdiyini və əhəmiyyətli əlavə dəyər gətirəcəyini təsdiq edən qərara müsbət yanaşıb.

Bu qərar İsveçrənin layihəyə dəvət olunmasına imkan verəcək. Rəsmi Bern 2024-cü ilin sentyabrında hərbi Şengenə qoşulmaq üçün müraciət edib.

“Hərbi Şengen” kimi tanınan hərbi mobillik layihəsi PESCO proqramının əsasını təşkil edir. O, NATO qoşunlarının Avropa ərazisindən ötürülməsi prosedurlarını maksimum dərəcədə sadələşdirmək və standartlaşdırmaq məqsədi daşıyır. Layihə 2018-ci ildə Aİ və NATO tərəfindən hazırlanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin