Qəzza ilə bağlı sülh danışıqları yanvarın 14-də davam edəcək

2025/01/1736831345.jpg
Oxunub: 678     00:14     14 Yanvar 2025    
Yanvarın 14-də səhər Dohada Qəzza zolağında atəşkəs rejiminin tətbiqi ilə bağlı danışıqların əlavə raundu keçiriləcək.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters“ öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə danışıqlarda ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk, eləcə də İsrailin Mossad kəşfiyyat xidmətinin rəhbəri David Barnea və Baş Təhlükəsizlik Xidmətinin rəhbəri Ronen Bara iştirak edəcəklər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qəzza   Sülh  


Bizi "telegram"da izləyin