Partiya sözçüsü Ərdoğanın yenidən Prezidentliyə namizədliyini irəli sürəcəyinə dair açıqlamasını şərh edib

2025/01/1736789746.jpg
Oxunub: 578     21:18     13 Yanvar 2025    
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömer Çelik ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın yenidən Prezidentliyə namizədliyini irəli sürəcəyinə dair açıqlamasını şərh edib.

Ordu.az-ın verdiyi xəbərə görə, Çelik, “önəmli olan millətin iradəsidir” deyə bildirib.

O qeyd edib ki, AK Partiyanın Şanlıurfa konqresində İbrahim Tatlısəsin prezident Ərdoğana yenidən namizəd olması ilə bağlı sualına Ərdoğanın “Sən varsan, mən də varam” cavabı Partiya üzvlərini sevindirib.

Ö. Çelikin sözlərinə görə, bu məsələ zamanı gəldikdə də müzakirə ediləcək, bölgədə baş verənlər isə R. T. Ərdoğanın siyasi təcrübəsinin nə qədər vacib və dəyərli olduğunu göstərir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Türkiyə  


Bizi "telegram"da izləyin