Brüsseldə etiraz aksiyasında dörd polis yaralanıb

2025/01/Ekran-1736780225.jpg
Oxunub: 463     18:11     13 Yanvar 2025    
Brüsseldə pensiyaların azaldılmasına qarşı keçirilən etirazlarda dörd polis yüngül xəsarət alıb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə paytaxt polisinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, polislər yanğınsöndürənlərlə qısamüddətli toqquşma nəticəsində yaralanıblar. Qısa müddətə gözyaşardıcı qazdan istifadə edilib.

Polis hadisənin qısamüddətli və lokal xarakter daşıdığını vurğulayıb.

Yanğınsöndürənlər həmkarlar ittifaqının nümayəndəsi dərhal həmkarlarının hərəkətini pisləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Brüssel   Aksiya  


Bizi "telegram"da izləyin