İran XİN başçısı ABŞ-yə səfər edəcək

2024/12/1733116130.jpg
Oxunub: 498     15:55     13 Yanvar 2025    
İranın xarici işlər naziri Abbas Ərakçinin gələn həftə Nyu-Yorka səfəri planlaşdırılır.

Ordu.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bakai yanvarın 13-də keçirdiyi mətbuat konfransında bildirib.

Qeyd olunub ki, BMT Təhlükəsizlik Şurasında (Nyu-York) xarici işlər nazirləri səviyyəsində Fələstin məsələsinə dair görüş keçiriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin