Qəzzada vəziyyətin nizamlanması üzrə Doha danışıqlarında irəliləyiş əldə edilib

2024/12/1735046268.jpg
Oxunub: 477     13:25     13 Yanvar 2025    
Qəzza zolağında vəziyyətin nizamlanması üzrə Doha danışıqlarında irəliləyiş əldə edilib, atəşkəs və əsir mübadiləsi haqqında saziş layihəsi İsrail və HƏMAS-a göndərilib.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbəyə istinadən məlumat yayıb.

"Dohada irəliləyiş İsrail kəşfiyyatının rəhbəri, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi (Stiv Uitkoff) və Qətərin baş naziri arasında aparılan danışıqlardan sonra əldə edilib", - o bildirib.

Danışıqlarda vasitəçi qismində çıxış edən Qətər atəşkəs və girovların azad edilməsi haqqında "yekun" saziş layihəsini İsrail və HƏMAS-a təqdim edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qəzza   Doha  


Bizi "telegram"da izləyin