Ordu.az-ın “savunmasanayist.com” portalına istinadən xəbərinə görə, rəsmi açıqlamada prosesin uğurla başa çatdırıldığını əks etdirən videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.
İstehsalçı şirkətin açıqlamasında bildirilib ki, yerli istehsal olunan “Tolun” raketləri ilə sözügedən pilotsuz döyüş təyyarəsi hətta əlverişsiz hava şəraitində belə döyüş tapşırığını yerinə yetirmək qabiliyyətinə malikdir.
Qeyd olunub ki, 8 ədəd “hava-yer” tipli raket daşıya bilmək qabiliyyətinə malik olmaqla, naviqasiya sistemi, eləcə də digər xüsusiyyətləri sayəsində asanlıqla istiqamətləndirilə və 100 kilometr məsafədəki hədəfi vura bilir.
Ordu.az