Yaponiyaya F-35B tədarükü təxirə salınıb

2025/01/1736759992.jpg
Oxunub: 543     16:19     13 Yanvar 2025    
Yaponiyanın müdafiə naziri ölkəyə ilk 6 F-35B “Lightning II” döyüş təyyarəsinin tədarükünün təxirə salındığını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “The Aviationist” məlumat yayıb.

İlk 6 F-35B-nin Yaponiya Hava Özünümüdafiə Qüvvələrinə təhvil verilməsi ilkin olaraq 2024-cü maliyyə ilinə planlaşdırılmışdı, lakin indi 2025-ci maliyyə ilinə təxirə salınıb.

Tədarükün dəqiq tarixləri hələ də müzakirə olunur. Müdafiə naziri təxirə salınmasının səbəbini açıqlamayıb.

F-35-in istehsalçısı “Lockheed Martin” Pentaqon 2024-cü ilin iyul ayında bütün F-35 xəttində bir illik fasiləni aradan qaldırdıqdan sonra təyyarələrin tədarükünü bərpa edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   F-35B  


Bizi "telegram"da izləyin