Bezosun kosmik raketinin ilk buraxılışı baş tutmayıb

2022/08/artem-1661781804.jpg
Oxunub: 543     12:53     13 Yanvar 2025    
“Amazon” şirkətinin qurucusu, amerikalı milyarder Cef Bezosa məxsus “Blue Origin” şirkətinin ilk kosmik raket buraxılışı baş tutmayıb.

Ordu.az xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

Məlumata görə, təkrar istifadəyə yararlı kosmik raketin Florida kosmodromundan buraxılışı texniki nasazlığa görə təxirə salınıb. “Nyu Qlen” kosmik raketi Yer kürəsi orbitində dövrə vurmuş ilk amerikalı astronavt Con Qlenin adını daşıyır.

Raketin uzunluğu 30 mərtəbəli bina hündürlükdədir və buraxılış üçün metan və maye oksigenlə təchiz olunub. “Nyu Qlen” raketi çoxsaylı istifadəyə yararlı bir raketdir. Onun buraxılışından sonra ilk pilləsinin (təxminən 10 dəqiqə sonra) Atlantik okeandakı barjaya endirilməsi nəzərdə tutulurdu. İkinci pillə isə orbitə qalxmalı idi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kosmik-raket   Amazon   Bezos  


Bizi "telegram"da izləyin